3 İyul 2016 22:10

Türkiyənin "Fənərbaxça" klubu İranda yeni mövsumə hazırlıq çərçivəsində Təbrizin "Gostareş Folad" komandası ilə yoldaşlıq oyunu keçirib.

Teleqraf.com xəbər verir ki, sarı-lacivərlər 0:3 hesabı ilə uduzublar.

"Fənərbaxça" baş məşqçisi oyuna aşağı heyətin futbolçularını cəlb edib.

Təbrizlilər ilk qolu birinci hissədə qapıya təyin edilmiş 11 metrlik cərimə zərbəsindən vurublar. Sonuncu iki qolu isə oyunun ikinci hissəsində meydana girən Seyid Yusif fənərlilərin qapısından keçirib.

Ruslan


Müəllif:
Загрузка...