18 İyul 2016 08:33
211

"Qalatasaray"ın qapıçılar üzrə məşqçi Klaudio Taffarel İstanbul klubu ilə vidalaşıb.

Qol.az-ın məlumatına görə, 50 yaşlı Taffarel bu barədə öz instagram hesabında yazıb.

“Sevgili “Qalatasaray” azarekşləri və türk xalqı, sevgi və məhəbbət dolu 5 il üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Mənim və ailəm üçün yeriniz həmişə özəl olacaq” – deyə o qeyd edib.

Xatırladaq ki, 1998-2001- ci illərdə “cim-bom”un şərəfini qoruyan Taffarel İstanbul klubu ilə UEFA kuobkunu və UEFAsuperkubokunu qazanıb. O, 2011-ci ildən “Qalatasaray” və Braziliyalı millisində məşqçi kimi fəaliyyət göstərirdi.


Müəllif: