18 May 2017 20:25
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə növbəti qızıl medal qazandırıb.

Teleqraf.com-un məlumatına görə, final mübarizəsində idmançımız Türkiyə təmsilçisi Cengiz Əli ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif: Teleqraf.com