5 İyul 23:33

"Qarabağ"ın yeni transferi Yakub Jezniçak bu gecə Bakıya gələcək.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "İnstagram" səhifəsi məlumat yayıb. 30 yaşlı müdafiəçinin bu gecə saat 00:35-də Bakıda olacağı bildirilib.

Qeyd edək ki, "Qarabağ" sabah "Legiya"dan ayrılan Y.Jezniçakla rəsmi müqavilə imzalayacaq.


Müəllif: Teleqraf.com