10 İyul 22:23
207

Sabah “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bu gün “Azərsun Arena”da təmsilçimizin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Tədbirdə Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu Azərbaycan dilində salamlayaraq gətirdiyi hədiyyələri ona təqdim edib. O, məşqçiyə qələm, gürcü çaxırı və qədəh verib.

Qurbanov hədiyyəyə görə təşəkkür edərək və içki içmədiyini jurnalistin diqqətinə çatdırıb.


Müəllif: Teleqraf.com