11 Avqust 2017 11:21
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda keçirilən kişilər arasında 200 metr məsafəyə qaçış yarışının finalında Türkiyəyə qızıl medal qazandıran azərbaycanlı idmançı Ramil Quliyev fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, TRT telekanalına danışan Ramil ən böyük arzusuna çatdığını deyib:

“Bunu bacaracağıma inanırdım. Növbəti hədəfim olimpiyada medalıdır. Hüseyn Boltun da burada olmasın istəyirdim. Azərbaycan bayrağı ilə dövrə vurmaq istəyirdim. Yarış ağır keçdi. İdmançılar çox hazırlıqlı idi”.

Sonda Ramil Quliyev onu dəstəkləyən hər kəsə təşəkkür edib.


Müəllif: Samir