19 Avqust 2017 00:42
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.

Teleqraf.com xəbər verir ki, millimizin üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “Ayntraxt Braunşveyq”lə qarşılaşıb.

Nazarov 24-cü dəqiqədə Tiffertin künc zərbəsindən ötürdüyü topu mükəmməl zərbə ilə qapıdan keçirib.

Lakin 2 dəqiqə sonra Xelifi hesabı bərabərləşdirib. Matçda başqa qol olmayıb və görüş 1:1 başa çatıb.

Qeyd edək ki, “Aue” 3 oyunda ilk xalını qazanıb.

.


Müəllif: Teleqraf.com