22 Avqust 2017 12:27
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan futbol tarixinin ən önəmli qarşılaşmalarından biri baş tutacaq. Belə ki, "Qarabağ" Çempionlar Liqasının "play-off" mərhələsinin cavab oyununa çıxacaq və "Kopenhagen"in qonağı olacaq.

Fanat.az xəbər verir ki, qarşılaşmanı televiziya vasitəsi ilə izləmək mümkün olacaq. Belə ki, "İdman Azərbaycan" kanalı matçı canlı yayımlayacaq. Paralel olaraq Az.TV-nin də görüşü yayımlaması gözlənilir.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Kopenhagen"i 1:0 hesabı ilə yenib.


Müəllif: Teleqraf.com