23 Sentyabr 2017 23:50
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində ikinci yarış günü başa çatıb.

Teleqraf.com trend-ə istinadən nəticələri təqdim edir:

A qrupu

Polşa - Macarıstan 3:1

B qrupu

Gürcüstan - Xorvatiya 1:3

İtaliya - Belarus 3:1

C qrupu

Bolqarıstan - Ukrayna 3:2

Türkiyə - Rusiya 1:3

D qrupu

Çexiya - Belçika 3:1

Serbiya - Hollandiya 3:0

Sabah "A" qrupunda Azərbaycan - Polşa, Almaniya - Macarıstan, "B" qrupunda Gürcüstan - Belarus, Xorvatiya - İtaliya, "C" qrupunda Bolqarıstan - Türkiə, "D" qrupunda Belçika - Serbiya, Çexiya -Hollandiya oyunları keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.


Müəllif: Teleqraf.com