5 Oktyabr 2017 17:49
2 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Türkiyə iş adamları birliyinin iclasında “Zenit” futbol klubunun prezidenti Sergey Fursenkonun çıxışı Rusiya Prezidenti Vladimir Putini qəzəbləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fursenko “Zenit” – “Real Sosedad” matçı barədə danışarkən “Futbolumuz dünyada güclənəcək və hər kəs bunu deyəcək: Futbol bir rus oyunudur”.

Putin isə “Zenit” prezidentinin bu çıxışını belə şərh edib:
“Afərin, Sergey! Əsl rus oyunudur futbol! Klubda 8 əcnəbi oynayır, sonra da deyirsiz ki, futbol rus oyunudur. Əhsən sizə!”


Müəllif: Samir