9 Oktyabr 00:37

20.12

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxacaq.

Teleqraf.com xəbər verir ki, Robert Prosineçkinin komandası səfərdə Almaniyanın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

8 oktyabr

DÇ-2018, seçmə mərhələ

X tur

C qrupu

22:45. Almaniya - Azərbaycan
Baş hakim: Andris Treimanis
Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs
Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)
Kayzerslaytern. “Fritz Valter Stadion”

22.25

Almaniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Almaniya:

12. Bernd Leno, 2. Şkodran Mustafi, 6. Niklas Süle, 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller (kap.), 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretska, 20. Yulian Brandt, 23. Leroy Sane

Azərbaycan:

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Maqomed Mirzabekov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev (kap.), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov.

22.45

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxıb.

Teleqraf.com xəbər verir ki, Robert Prosineçkinin komandası səfərdə ilə oynayır.

22.53

Oyunun 8-ci dəqiqəsində Leon Qoretska komandamızın qapısına yol açıb. - 1:0

23.19

Ramin Şeydayev almanların qapısına yol tapdı və hesab bərabərləşdi - 1:1

23.33

Almaniya-Azərbaycan qarşılaşmasında birinci hissə başa çatdı. - 1:1

23.45

Almaniya-Azərbaycan qarşılaşmasının ikinci hissəsi başladı.

23.58

Almaniya yenidən hesabda irəli çıxdı. Sandro Wagner matçın 54-cü dəqiqəsində fərləndi - 2:1

00.07

Almaniya hesab arasındakı fərqi iki topa çatdırdı - 3:1

00.10

Almaniya komandamızın qapısına 4-cü qolu vurdu.- 4:1

00.25

Almaniya komandamızın qapısına 5-cü qolu vurdu

00.37

Almaniya - Azərbaycan qarşılaşması başa çatdı - 5:1.
Qollar: Qoretzka, 9 (1:0), Şeydayev, 34 (1:1), Vaqner, 55 (2:1), Rudriger, 64 (3:1), Qoretzka, 66 (4:1), Emre Can, 82 (5:1)


Müəllif: Teleqraf.com