1 Noyabr 21:11
229

"Çelsi” ilə oyunda öz azarkeşlərimiz önündə çıxış edəcəyik. Bütün gücümüzü ortaya qoyacağıq”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Madera Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər matçından (1:1) sonra deyib.

“Qarabağ”ın qolunun müəllifi İspaniya mətbuatına açıqlamasında “Çelsi” ilə görüşə qələbə üçün çıxacaqlarını bildirib: “Uğurla çıxış edəcəyimizə inanıram. "Çelsi” və "Roma” ilə görüşlərlə pis başlanğıc etdik. Ancaq indi yaxşı addımlayırıq. Son 3 oyunumuzda 10 nəfərlə oynamışıq. Bununla belə, yaxşı müdafiə olunaraq, məğlub olmamışıq”.


Müəllif: Teleqraf.com