3 Noyabr 11:04
1 271

10:39

Qurban Qurbanov milli və klub baş məşqçiliyini paralel aparacaq.

Bu sözləri Teleqraf.com-a “Qarabağ”ın baş məşqçisini bu vəzifədə kimin əvəzləyəcəyi ilə bağlı suala aydınlıq gətirərkən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında Qurban Qurbanov milli futbol komandamızın baş məşqçisi təyin edilib.

***

AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.

Milli assosiasiyanın rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

"İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram", - deyə AFFA prezidenti vurğulayıb.
Brifinq davam edir.


Müəllif: Samir