14 Noyabr 10:54
155

2018-ci ildə Futbol üzrə Dünya Çempionatında iştirak etmək uğrunda keçirilən pley-of oyunları çərçivəsində baş tutan İtaliya-İsveç qarşılaşmasında hesab açılmayıb.

Teleqraf.com xəbər verir ki, ilk oyunda 1-0 hesabı ilə məğlub olan italyanlar çempionatla erkən vidalaşmalı olublar.

Bu nəticə hamıdan çox İtaliyanın 39 yaşlı ulduz qapıçısı Canluici Buffona təsir edib.

O, oyundan sonra göz yaşlarına hakim ola bilməyib.

İtaliya 1958-ci ildən sonra ilk dəfə Dünya Çempionatında iştirak edə bilməyəcək.


Müəllif: Samir