22 Yanvar 2018 01:12
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 8-cı turu yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov Hollandiyalı Aniş Giri ilə görüşüb. Oyun 1:0 hesabı ilə hollandiyalının xeyrinə başa çatıb.

Məmmədyarov 5,5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Turnirin lideri Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb.

Azərbaycan təmsilçisi yanvarın 23-dü 9-cu turda onu 5,0 xalla izləyən rusiyalı Vladimir Kramnikla görüşəcək.


Müəllif: Teleqraf.com