10 May 2014 15:39
485

"Tour d'Azerbaidjan-2014" beynəlxalq velosiped yarışının dördüncü mərhələsinə artıq yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, iki gündür göy köynəyi əldən verməyən avstraliyalı Uilyam Klark turun dördüncü mərhələsində onu özündə saxlaya bilməyib.

Finişə ikinci çatan rusiyalı idmançı İlnur Zakari həmkarını geridə qoyaraq ümumi turun birincisi olub və göy köynəyin sahibi olub. Mərhələnin digər sahibləri cənubi afrikalı Qerdeman Linus birinci, üçüncü yerin sahibi isə ukraynalı Buts Vitali olub.

Qaliblər bilindikdən sonra idmançılara mükafatlar təqdim olunub. Mərasimdə fəxri qonaq kimi çıxış edən Türkiyə Velosiped Federasiyasının prezidenti Emin Müftüoğlu və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov idmançlara mükafatları təqdim ediblər.
Sonra mətbuat konfransında dördüncü mərhələnin birincisi və göy köynəyin sahibi öz təəsüratlarını bölüşüblər.

Göy köynəyin sahibi İ.Zakari qalib olduğu üçün öz komanda yoldaşlarına təşəkkürünü bildirib: "Startda 16 idmançı ilə bərabər sıçrayış etdik, ancaq marşrutun ortalarında həmin velosipedçilər sanki hərəkət etmək istəmədilər və anbaan məndən geridə qaldılar. Komanda yoldaşlarımın köməyi ilə bu yerə nail oldum. Onlar məni külək və tozdan qoruyaraq bu yerə gətirib çıxartdılar".

Turun birincisi olan Q.Linus hər şeyi plan üzrə qurduğunu və həmin planın sayəsində birinci yerə çıxdığını vurğulayıb.


Müəllif: