22 Fevral 2015 10:24
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Boks Konfederasiyasının (EUBC) İcraiyyə Komitəsi 2015-ci ildə əsas yarışlara ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.

Teleqraf.com EUBC-yə istinadla xəbər verir ki, mayın 15-24-də keçiriləcək yeniyetmələrin Avropa birinciliyinə Ukraynanın Lvov şəhəri sahiblik edəcək. Məktəblilərin Avropa birinciliyi iyulun 15-24-də Rusiyanın Sıktıvkvar şəhərində, böyüklər arasında Avropa çempionatı avqustun 6-15-də Bolqarıstanın paytaxtı Sofiyada, yeniyetmə və gənc qızlar arasında qitə birinciliyi avqustun 15-24-də Macarıstanın Kestxey şəhərində təşkil olunacaq.

Gənclər arasında Avropa birinciliyi noyabrın 20-29-da Polşanın Kolobrzeq şəhərində keçiriləcək.


Müəllif: