25 Mart 2015 16:27
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Futbol Liqasının ümumi iclasında primero və sequnda təmsilçiləri tərəfindən mümkün tətil nəzərdən keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə AS dərgisi məlumat yayıb. Çox güman ki, Barselonada təşkil olunacaq toplantıda iki liqanı təmsil edən 42 klubun əksəriyyəti, əsasən də kiçik klublar aprelin 18 və 19-da primeronun 32-ci və sequndanın 34-cü turunu boykot edəcəklər.

Bu addımın səbəbi televiziya hüquqlarından əldə edilən gəlirlərin bölgüsü ilə bağlı hazırlanmış yeni qanunun qüvvəyə minməsinin gecikməsidi.

Əgər boykot olarsa, həmin turun oyunları mayın 20-də baş tutacaq.

Rüstəm


Müəllif: