29 İyul 2015 20:24

Dieqo Maradona FIFA prezidentliyinə seçkilərdə iştirak edəcək. Argentina yığmasının keçmiş hücumçusu FIFA prezidenti postuna seçkilərdə iştirak edəcəyini təsdiqləyib:

"FIFA-ya mənə iş verən BƏƏ-yə görə qayıdacağam. Ən əsası isə mənə görə bu qədər çox çətinliklər yaşayan ailəmin xətrinə qayıdacağam. Mən intiqam fikri ilə deyil, futbolda dəyişikliklər etmək ideyası ilə qayıdacağam. Korrupsiya, oğurluq artıq kifayətdi".

Qeyd edək ki, FIFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib.

FIFA prezidentliyinə yeni seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək. (fanat)


Müəllif:
Загрузка...