24 May 2017 09:25
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti 54,72 dollar olub. Teleqraf.com xəbər verir ki, bu da ötən cümə gününə olan göstəricidən 0,47 dollar/barel çoxdur.

Ölkənin neft-qaz bazarındakı mənbədən "Trend"ə verilən məlumata görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 53,9 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 51,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 22-də 53,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com