22 İyun 2017 02:02
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın neft naziri Bijən Namdar Zəngənə hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı OPEK və OPEK-ə üzv olmayan dövlətlərin imzaladığı saziş gələn ilin martından sonra da uzadıla bilər.

Nazir bildirib ki, hazırda bununla bağlı OPEK ölkələri ilə məsləhətləşmələr aparırlar.

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı razılaşma 2016-cı ilin sonunda əldə olunub.

Bu ilin mayında Vyanada ölkələr müqaviləni 2018-ci ilin martına qədər uzatmaq barədə razılığa gəliblər.

/Trend/


Müəllif: Teleqraf.com