24 Noyabr 2017 09:09
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkənin rusiyalı istifadəçiləri şimal qonşumuzla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) insanların yaşayış səviyyəsini müqayisəli şəkildə əks etdirən video paylaşıblar.

Teleqraf.com xəbər verir ki, video müəllifləri Rusiyanı bu iki ölkə ilə müqayisə etməyin təsadüfi olmadığını bildiriblər. Belə ki, Rusiya da Səudiyyə Ərəbistanı və BƏƏ kimi neft istehsal edən ölkədir.

Qeyd olunur ki, orta aylıq əmək haqqı rubl ekvivalentində Səudiyyə Ərəbistanında 400, BƏƏ-də 500 min olduğu halda Rusiyada 32 min rubldur. Bildirilir ki, bir rusiyalı BƏƏ vətəndaşının bir ayda aldığı əmək haqqını almaq üçün 15 ay işləməlidir.

Səudiyyə Ərəbistanı və BƏƏ-də minimum pensiya rubl ekvivalentində 180 min rubl olduğu halda Rusiyada 7500 rubldur. Səudiyyə Ərəbistanı və BƏƏ-də bir ayda alınan pensiya rusiyalının 2 illik pensiyasına bərabərdir.

Neft istehsal edən ölkələrin əhalisi daha nələr əldə edirlər?

Bu suala cavab olaraq aşağıdakılar qeyd olunur:

Səudiyyə Ərəbistanı

– Dövlət mənzil sahibi olmaq üçün vətəndaşa rubl ekvivalentində 5 milyon rubla yaxın pul verir

– Ali məktəblərin hər bir məzununa dövlət tərəfindən rubl ekvivalentində 800 min rubla yaxın pul ayrılır

– Hər bir yeni doğulana hesab açılır. Həmin hesaba rubl ekvivalentində 600 min rubl köçürülür

BƏƏ

– Hər bir uşağın adına hesab açılır: uşaq 18 yaşına çatanadək hesaba rubl ekvivalentində 9 milyon rubldan çox vəsait yığılır

– Hökumət toyu olan gənclərə rubl ekvivalentində 6 milyon rubl bağışlayır

– BƏƏ vətəndaşlarının dünyanın istənilən ali məktəblərində pulsuz təhsil almasına təminat verilir
Qeyd olunur ki, Rusiyada isə qadınlar ikinci uşağa görə 450 min rubl analıq pulu alırlar.


Müəllif: Sәxavәt