20 Yanvar 2018 01:12
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il kriptoaktivlər bazarı üçün həlledici il olacaq.

Bunu Trend-ə “Saxo Bank”ın kriptovalyutalar üzrə eksperti Ceykob Paunsi deyib.

Onun sözlərinə görə, nikbin mütəxəssislər bazar kapitallaşmasının bir trilyon dolları keçəcəyini proqnozlaşdırır, bədbinlər isə kriptovalyutanın nizamlanmasının sərtləşdiriləcəyini və ya tamamilə qadağan ediləcəyini ifadə edir:

“Bizim proqnozlarımıza görə, strategiyasını blokçeyn yönündə formalaşdıran şirkətlərin sayı möhtəkirlik mərhələsi tükənənə qədər artmaqda davam edəcək”.


Müəllif: Teleqraf.com