9 Fevral 02:13
266

Neftin dünya qiymətlərinin azalma tempi sürətlənib. Çünki ABŞ-dan gələn son statistika məlumatları treyderlərin ölkədə hasilat artımı ilə bağlı narahatlığını artırıb.

Teleqraf.com xəbər verir ki, bu, keçirilən hərraclardan sonra məlum olub.

Bakı vaxtı ilə 22.26-ya olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan "Brent"in aprel fyuçerslərinin qiyməti 1,19 faiz azalaraq bir barelə görə 64,7 dollar təşkil edib. WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti 1,08 faiz azalaraq bir barel üçün 61,12 dollara bərabər olub.


Müəllif: Teleqraf.com