8 May 2018 19:14
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycan Xəzər dənizində neft yatağının birgə işlənməsi üçün hazırlıqlar aparır və bu cür əməkdaşlıq tarixdə ilk dəfə reallaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda beynəlxalq sərgi zamanı deyib.

H.Ruhaninin sözlərinə görə, İran bu istiqamətdə digər qonşu ölkələrlə, o cümlədən Türkmənistanla əməkdaşlıq edə bilər:

“Bir çox hallarda, biz ehtiyatlara qonşularımızla birgə malik oluruq. Bu cür yataqların işlənməsinə investisiyaları artırmaq çox vacibdir”.


Müəllif: Mənbə/Trend