3 Fevral 2015 21:12

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bakı Sığorta" ASC-nin məbləği 1 milyon manatdan bir qədər çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Teleqraf.com-un QKDK-ya istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 760 manat olan 1316 ədəd səhm buraxılacaq.

Emissiya yerləşdirildikdən sonra şirkətin nizamnamə kapitalı 8 milyon manatdan 9 000 160 manatadək artırılacaq.


Müəllif: