24 Fevral 2015 12:35
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unun bahalaşması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə nazirlik tərıfindən intensiv nəzarət tədbirləri davam etdirilir.

Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.

Bu isə çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.

Naibə QURBANOVA


Müəllif: