21 Aprel 2014 17:41
716

"Günəşli" yatağındakı 11-ci özüldən 230 nömrəli quyu qazmadan sonra istismara verilib.

Teleqraf.com-un ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Dövlət Neft Şirkətinin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 3137-3118 metr intervaldan sutkalıq 80 ton neft və 12800 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.


Müəllif: