13 İyul 2016 15:53
321

Tanınmış aparıcı və prodüser Acun İlıcalı 13 illik həyat yoldaşı Zeynəb İlıcalıdan ayrılıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük ötən gün ailə məhkəməsində ayrılıblar. Məhkəmə qərarına görə, onların 9 və 12 yaşlı qızları anaları Zeynəb İlıcalıya verilib. Acun İlıcalı övladlarına və həyat yoldaşına aylıq 150 min lira (təxminən 75 min manat) aliment ödəyəcək.

İstanbulda yerləşən 5 ev də Zeynəb İlıcalıya verilib.

Rəqsanə


Müəllif: