23 İyul 2016 11:11
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Demət Akalın Türkiyənin 11-ci prezidenti Abdullah Gül haqqında danışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Türkiyədə hərbi çevrilişə cəhd günü canlı yayıma bağlanaraq xalqı birliyə səsləyən Abdulla Gülü tərifləyib.

Həmin gün Ərdoğan qədər Abdullah Gül də xalqı öz dəstəyi ilə cəsarətləndirib. Abdullah Gül televiziyada canlı yayım vasitəsilə “Bu gün bütün vətəndaşlarımızın inancı nə olursa olsun bütün bunları bir tərəfə qoyub demokratiyaya və milli iradəyə sahib çıxmaq günüdür" deyib, xalqı ölkəsində baş verənlərə dəstək olmağa dəvət etmişdi.

Demət Akalın sosial media hesabından "Televiziyada çıxışınız bizi sakitləşdirdi” şərhini yazıb.

Rəqsanə


Müəllif: