24 Aprel 2017 17:47
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur “İşte benim stilim” dəb müsabiqəsində Simay Tokatlı adlı iştirakçı podium erməni mahnısı sədaları altında çıxıb.

Türkiyənin TV 8 kanalında yayımlanan “İşte benim stilim” verilişində Super Sako və Spitakci Haykonun ifa etdiyi “Mi Gna” adlı erməni mahnısı səsləndirilib.

Teleqraf.com xəbər verir ki, verilişdə Simay Tokatlı adlı iştirakçı podiuma erməni mahnısıyla çıxıb. Bu mahnıya rəqs edənlər arasında münsiflər heyətində yer alan İvana Sərt və Kamal Doğulu ilə yanaşı azərbaycanlı iştirakçı Dəniz Sərxanova da olub.

Erməni mahnısına oynadığı üçün azərbaycanlı qızla yanaşı, dəfələrlə Azərbaycana gələn və bir neçə məşhurla dostluq edən İvana Sərt də tənqid edilib.

Prodüser Tolik sosial şəbəkədə Dəniz haqda bunları yazıb:

“Bu qıza azərbaycanlı deməyə dilim gəlmir. Onlar erməni mahnısını oynayır, sənə nə düşüb oynayırsan? Erməni heç Azərbaycan mahnısına oynayar? Allah bunu və ölkəmizi pul qarşılığında biabır edənləri zəlil eləsin! Şərəfsizlər”.

Aylin


Müəllif: