23 May 2017 13:54
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ancelina Coli özünə yeni villa alıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aktrisanın yeni villası Bred Pitin qonşuluğunda yerləşir.

Colinin belə bir qərar verməsinin səbəbi keçmiş ərinin uşaqları vaxtı-vaxtında görmək istəyidir.

Los-Ancelesin Los-Felisalar ərazisində yerləşən villa Pitin yaşadığı evdən üç kilometr aralı yerləşir. Şəhərin ən bahalı villalarından hesab olunan evə altı yataq, on vanna otağı, kitabxana, trenajor zalı, çay otağı və hovuz daxildir.

2005-ci ildə "Mister və missis Smit" filminin çəkilişlərində tanış olan Bred Pitt və Ancelina Coli 2014-cü ilin avqust ayında ailə qurdu. İki ildən sonra isə Coli ayrılıq qərarı aldı.


Müəllif: Pərvin