18 İyul 2014 21:32
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yayımlandığı gündən son bölümünə qədər izləmə rekordu qıran “Möhtəşəm yüz il” serialından tanınan və sevilən Məryəm Üzərlinin keçmiş sevgilisi Can Atəş paparazzilərə tuş gəlib.


Alınan məlumatına görə, Hürrəm obrazı ilə tanınan aktrisanın övladının atası, iş adamı olan Can mərkəzdə yerləşən restoranlardan birində xanımla görüntülənib.

Kameraların onları çəkdiyini görən Atəş bərk əsəbiəşib. Daha sonra isə masadan qalxaraq uzaqlaşıb. Hirsini cilovlaya bilməyən iş adamı ofisiantlara “Niyə şəkil çəkilməsinə icazə verirsiniz?” deyərək əsəbini bildirib.

Qeyd edək ki, Can Atəş məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşərək uzaqlaşıb.

/ans press/


Müəllif: