19 İyul 2014 15:49
598

"ATV maqazin" verilişinə açıqlama verən sənətçi yalnız öz bəstələrinin hit olduğunu deyib:


"Mahnıya xırdalıq verirlər, dişlərində oxuyurlar, ifanı çirkinləşdirirlər. Televizoru açmağa peşman oluram. Gözümü yumub kiməsə qulaq asıram, adlarını çəkib kim olduqlarını tapmağa çalışıram. Beş ad çəkirəm, tapa bilmirəm. Hamısının səsi bir-birinə oxşayır. Eyni üslubda oxuyurlar. O məktəbi çıxarana demək lazımdır ki, bunu yığışdır. Bu tərzdə, səsdə beş müğənni olmaz axı. Bəstələrinə hit deyirlər. Bir nəğməni radio efirində yüz dəfə piar edirlər. Bundan sonra hit olacaq da. Mahnı odur ki, öz-özünə populyar olur. Mənim on ifam başqasının yüz oxumağına bərabərdir".

X.Qədimova Türkiyə şou-biznesinə qatılan həmkarlarından da danışıb:

"Türk şou-biznesini o qədər adiləşdirdilər ki, heç o haqda danışmaq istəmirəm. Bu işi ilk dəfə mən etdim. Çox sevinirəm ki, birinci edənlərdənəm. Artıq ora məni çəkmir. Onlar məni istəyirlər, amma mən yox".

Xumar Qədimova deyib ki, efirdə tez-tez görünməkdənsə, kənarda olmağı üstün tutur:

"Heyvanxanada ən çox meymunların başına yığışırlar. Amma at özünü sevir. Xəyanəti qəbul etmir. At olmağı üstün tuturam. Kənarda at ol, dəyərli ol, nəinki ortalıqda meymunluq et".

Oğlundan bəhs edən müğənni heç vaxt onu efirə çıxarmayacağını deyib:

"Onu qısqanıram, görünməsini istəmirəm. Heç vaxt da efirdə olmayacaq. Bunu özü də istəmir".

/axşam.az/


Müəllif: