12 Avqust 17:40

Tanınmış müğənni Günay İbrahimlinin qardaşı Nicat Xəlil universitetə qəbul olunub.

Teleqraf.com xəbər verir ki, qardaşının tələbə adını qazanmasından sevinən ifaçı sosial şəbəkədə ürək sözlərini qeyd edib:

“Sevincimin həddi-hüdudu yoxdur. Səhər-səhər çox sevindim. Qardaşım ADA universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul oldu. Tədris ingilis dilində olacaq. Allah bütün əziyyət çəkənlərin əziyyətini yerdə qoymasın!”


Müəllif: Könül