3 Sentyabr 15:44

Azərbaycanın əməkdar artisti, tanınmış aktyor, şoumen, naşir, rəssam Bəhram Arif oğlu Bağırzadə İnstaqramda uşaqlıq fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, “Bakılı oğlanlar” komandasındakı çıxışları ilə tamaşaçıların sevimlisinə çevrilən aktyorun fotosunun altından əksəriyyət bu şərhi yazıb: “Nə dəyişsə də, baxışlar dəyişməyib”.

Maraqlı məqamlardan biri də odur ki, aktyorun fotoda ağzında əmzik var. O, şərh bölümünə “O vaxtlar İrandan gətirilmə ən yaxşı əmzik bunlar sayılırdı” cümləsini qeyd edib.

Qeyd edək ki, sabah Bəhram Bağırzadənin doğum günüdür.


Müəllif: Könül