3 Oktyabr 2017 13:42
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

MGP-nin ofisində “Maşın” realiti şounun mətbuatı konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, sonuncu maşının qalibi İslam Mehrəliyev də konfransda iştirak edib. "Maşın" Şounun aparıcısı əməkdar artist Murad Dadaşov gələn jurnalistlləri salamlayıb layihə rəhbəri Toğrul Məmmədovu və layihənin baş redaktoru Tural Sevdimalını təqdim edib.

Qeyd edək ki, “Maşın” realiti şounun 15-ci sürəti “Xanımlar vs cənablar” adlı yeni buraxılışı oktyabrın 8-i saat 22:00-da ATV telekanalında yayımlanacaq. Şounun yayımı 18 gün nəzərdə tutulub. Buraxılışlar hər zaman olduğu kimi, canlı yayımlanacaq və maşın ətrafında yenə 18 iştirakçı dayanaraq yarışa başlayacaq.


Müəllif: Şəfiqə