2 Noyabr 2017 15:12
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samir Piriyev yalan deyir.

Bu sözləri tanınmış teleaparıcı Kamran Həsənlinin vəkili Türkel Süleymanlı Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kamran Həsənlinin Samir Piriyevi beşbarmaqla döydürməsi xəbərinin heç bir əsası yoxdur: “Samir Piriyev şikayətə meyilli insandır. O, Kamran barədə haqsız və yalan şikayətlər edir. Onun vəkili Kamran Həsənlinin sərhəddə saxlanılması barədə də mediaya doğru olmayan məlumat vermişdi”.

Qeyd edək ki, mediada Samir Piriyevin bir müddət əvvəl polisə döyüldüyü barədə şikayət ərizəsi yazdığı məlumatı çıxmışdı. İddiaya görə, müğənni ərizəsində Kamran Həsənlinin beşbarmaqla onu döydürdüyünü bildirmişdi.

Bir müddətdir Kamran Həsənli ilə Samir Piriyev arasında borc pulla bağlı qalmaqal yaşanır.


Müəllif: Fidan Rzayeva