12 Noyabr 16:35
199

Türkiyənin məşhur aktrisası Bensu Soral və nişanlısı, iş adamı Hakan Baş 2018-ci ildə evlənəcəklər.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, cütlük dostları ilə səhər yeməyi yedikdən sonra restorandan çıxan zaman jurnalistlər tərəfindən görüntülənib.

Onlar jurnalistlərə bildiriblər ki, gələn ilin yayında toy edəcəklər:

“Üzüklərimizi taxdıq. 2018-ci ilin yayında toy edəcəyimiz məkanlar arasında seçim edirik”.

Qeyd edək ki, ötən ay iş adamı çıxdıqları yaxta gəzintisi zamanı Bensuya evlənmə təklif etmişdi.


Müəllif: Cәmilә