24 Noyabr 2017 13:47
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktrisa Pərvin Abıyeva “Yanlış anlama” filminin İstanbuldakı qala gecəsində “Arka sokaklar” serialında Komissar Məsud obrazını canlandıran Şövkət Çoruhun diqqətini cəlb etməsindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatı “Haberler.com” yayıb.

Gecədə iştirak edən Pərvin Abıyeva Şövkət Çoruhun ona baxmasından xəbərsiz olduğunu deyib: “Şövkət bəy mənə baxırmış, heç hiss etməmişəm… O, möhtəşəm aktyordur, mən də onu bəyənirəm. İllərdir “Arka sokaklar”a baxırıq. Belə bir aktyor tərəfindən bəyənilmək şərəfdir. Xəbəri görəndə sevindim. Çünki onun tərəfindən seçilmək gözəldir”.

Qeyd edək ki, “Yanlış anlama” filminin qala gecəsində Şövkət Çoruhun Pərvin Abıyevaya xüsusi baxışlarla nəzər yetirməsi mediada səs-küyə səbəb olmuşdu.


Müəllif: Sara