26 Aprel 2018 18:18
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il konsertqabağı üzdə, saçda, geyimdə müxtəlif dəyişikliklər edirik. Bunun səbəbi isə yeni layihə edəndə yeni də stil olması ilə bağlıdır. Buna görə də öz ustalarıma təşəkkür edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistləri bir məkana yığıb ilk dəfə təqdimat keçirən Reper Qurd deyib:

“Təqdimat olaraq ilk dəfə çıxıram. İstədim ki, mən də təqdimat edim. Göstərim ki, reper olmağıma baxmayaraq, səviyyəli şəkildə təqdimat edə bilərəm. Klipdən öncə onu deyim ki, mahnının bəstəsi və aranjimanı mənə məxsusdur. Sözləri də özümümdür. Klipi Doktor Nicat çəkib. Mən onun işini bəyəndiyim üçün müraciət elədim.

Sözsüz ki, hovuz kənarında kiməsə palto geyindirib otuzdurum ki, mentalitet yol vermir. Bu, mümkün deyil. Hamımız dənizə, hovuza gedirik. Nə ilə çimirik? Çimərlikdə şalvarla çimirik ki? Bu klipə də bu yaraşır. Siz də baxandan sonra deyərsiniz ki, yaraşır, yoxsa yox?”

Qurd reperlərlə bağlı bəzilərinin beynində yaranmış fikirlərin düzgün olmadığını vurğulayıb:

“Mən repi bir formadan başqa formaya keçirərək, şou proqramlar və 25 yaşdan yuxarı insanlar üçün yazdım ki, hamı qulaq asıb bilsin ki, rep nədir? Əvvəllər elə bilirdilər ki, reperlər pis işlərlər məşğuldurlar, “banditdirlər”. Yox, əslində reperlərin əksəriyyəti çox gözəl ailələrdən olublar, gözəl tərbiyə alıblar, ali təhsillidirlər, intelekktual səviyyələri var. Camaatda fikir yarandı ki, rep də musiqi növüdür. Uşaqlar da bir iş görürlər. Bunların da sevəni var”.

Təqdimatlar etməsə də, konsertlərinə minlərlə insanı toplaya bilən reper öz imici və söz oyunları ilə sevənlərini ovsunlamağı hər zaman bacardığını dilə gətirib:

“Yüz minlərə insanı öz işinlə, özünü aparmağınla, tərbiyənlə, danışığınla cəlb etməyə başlayırsan və onlarda məhəbbət yaranır. Keçən il mənim üçün göstəriciydi. Konsertimdə səkkiz min adam iştirak etdi. Özüm şokdaydım ki, bu, həqiqətənmi belədir? Doğrudan, super keçmişdi. Bu il də böyük konsertlərim olacaq”.

Reper götürdüyü ləqəbə də aydınlıq gətirib:

“Ləqəbin məqsədi odur ki, Qurd deyiləndə artıq bilinir kimdir. Beş il öncə məni təqdim edəndə Qurd deyə, hamı qəribə baxırdı ki, bu kimdir? Amma indi Qurd deyiləndə hamı alqışlayır. Yəni adı təsdiqlədim”.


Müəllif: Günay Əli