24 Fevral 2015 11:30

Ötən gün Rusiyada “Zvukovaya dorojka MK – 40” (“Musiqili xalça”) adlı mükafatlandırma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Moskvanın Kreml Sarayında baş tutan gecədə həmyerlimiz, müğənni-bəstəkar Emin də mükafatlandırılıb. O, “Sexy M” və ya “Ən seksual kişi” nominasiyasında mükafata layiq görülüb.

Xatırladaq ki, Emin yarışmada üç nominasiyada təmsil olunurdu: “İlin müğənnisi”, “İlin dueti” (Svetlana Loboda ilə oxuduğu “Smotriş v nebo”) və “Sexy M”.

Gecədə eyni zamanda müsabiqənin 40 illik yubileyi də qeyd olunub.

İlk dəfə “Zvukovoya dorojka”da yer alan ifaçı onu bu mükafata layiq görənlərə təşəkkür edib.

Rüstəm


Müəllif: