7 İyul 2015 17:27
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Canlı konsertim olacaq. Belə konsertlərdə müxtəlif sürprizlər olur. İndiyədək heç hazırlamadığım sürprizlər olacaq. Möhtəşəm səhnə hazırlanır”.

Bu sözləri əməkdar artist İzzət Bağırov bu gün qonaq olduğu “Günaydın” verilişində səsləndirib.

İfaçı onu özündən razı hesab edənlərə də münasibət bildirərək onlarla razılaşmadığını bildirib:

“İnsanın sərtliyi olmalıdır. Çox mülayim birisidirsə, yeri gələndə, sərtliyini göstərməlidir. Məni tanımayanlar deyir ki, “İzzət özündən çox razıdır”. Tanıyanlar deyir ki, “İzzət kimi sadə insan yoxdur”. Çünki ətrafdakılar insanın sadəliyindən o qədər istifadə edir ki, buna görə peşmançılıq çəkirsən”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.


Müəllif: