23 İyul 2015 17:51
391

Bu gün Miri Yusif iyulun 25-də Yaşıl Teatrda verəcəyi konsertlə bağlı jurnalistlərin suallarına cavab verib.

Publika.az-ın konfransda iştirak edən əməkdaşı xəbər verir ki, o, jurnalistləri salamlayıb və onları mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə təbrik edib.

Onun sözlərinə görə, konsertdə fərqli ifa nümayiş etdirəcək, pərəstişkarlarını yalnız səsi ilə təəccübləndirəcək:

“Səhnədə həmkar qonaqlarım olmayacaq, vaxtilə sənətçilərlə ifa etdiyim mahnıları tək oxumağa qərar vermişəm. Bəlkə də eqoistlik olacaq. Amma konsertimə mənə görə gəlirlər. Ona görə də səhnədə ancaq özüm oxuyacam”.

Konsertin ancaq bir gün keçirilməsini isə payız aylarında yenidən konsert verməsi ilə əlaqələndirib. “Bu barədə hələ danışmaq istəmirəm. Ancaq möhtəşəm olacağı gözlənilir” - deyib.


Müəllif: