4 İyun 2014 13:14
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samiraldo: “Ona dedim ki, xəstəyə oxşayırsan”

Əməkdar artist Samir Bağırovdan xəbər var.

Müğənninin yaxın dostu, tanınmış stilist Samiraldo (Samir Əliyev) Teleqraf.com saytına açıqlamasında bildirib ki, ifaçı xeyli çəki itirib. Buna səbəb isə onun narkotik vasitələrdən tamamilə imtina etməsi olub:

“Samirlə sırağagün görüşdük, oturub, söhbət etdik. O, çox, təxminən 30 kiloqram arıqlayıb. Hətta mən ona dedim ki, bu qədər arıqlama, xəstəyə oxşayırsan. Əslində, Samir kökəlməmişdi, sadəcə şişmişdi. Onu istifadə etdiyi narkotik vasitələr şişirmişdi. Müğənninin dəhşətli depressiyaya düşdüyü vaxtlar vardı. O, Moskvada narkotik asılılığından müalicə olundu. Hərdən ondan soruşuram ki, Samir, yalandan deyirsən, yoxsa doğrudan daha narkotikdən istifadə etmirsən? Cavab verir ki, yox, daha tərgitmişəm. Üzündən də görürəm ki, rəngi açılıb. Özü də ayıqdır. Halbuki, əvvəllər onun ayıq vaxtını heç görmürdüm. İndi maşallah, yaxşıdır”.

Samiraldo əlavə edib ki, yeni mahnı yazdıran S.Bağırov ola bilsin ki, doğum günü ərəfəsində efirə qayıtsın:

“O, efirə güman ki, ad günü ərəfəsində çıxacaq. Samir nədənsə efirdən qaçır. Samir şou-biznesin atasıdır deyə geri necə qayıtmağı yaxşı bilir. Ona görə də onun işinə qarışa bimərəm. Özü deyir ki, səhnəyə gözlənilmədən çıxacağam. Hazırda yeni mahnılar hazırlayır, həmçinin görünüşü ilə məşğul olur”.

Aytən Həsənova


Müəllif: