20 May 2016 17:48
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda ailə quran meqastar Tarkan səssizliyini pozub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, meqastar toyu ətrafında yaranan şayiələri təkzib edib:

“Əlbəttə, ata olmaq istəyirəm. Amma çox yaxın zaman üçün bunu düşünmürük. Bu barədə yayılan dedi-qodular həqiqətən də dedi-qodudur. Guya biz hamiləliyə görə evlənmişik. Bunlar doğru deyil”.

Bal ayına getməyən müğənni hazırda pop albomu üzərində çalışdığını deyib.

Pərvin


Müəllif: