17 İyun 2017 22:20
2 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsoxodların göndərdiyi və 12 iyun 2017-ci ildə dərc edilən Mars səthinə enmiş qəribə kosmik gəmi fotosu qəfildən NASA-nın rəsmi saytından yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, həmin fotonun yoxa çıxmasından ilk dəfə onu elə dərc edildiyi gün endirməyə macal taparaq dünya internet şəbəkəsində yaymış marsşünas araşdırmaçı Maurisio Ruis xəbər tutub.

Ağ-qara şəkildə nəhəng diskşəkilli və üstündə parlaq gümbəz olan obyekt olub.

Çoxsaylı intenet istifadəçiləri həmin şəkli NASA-nın rəsmi veb saytında görmək istədiklərini və bunun üçün link xahiş etdikdə Maurisio ilk mənbəyə daxil olub, ancaq şəklin yerində qara kvadrat görüb.

Bundan sonra o, NASA-ya şəklin silinmə səbəbini aydınlaşdırmaq üçün sorğu göndərib və belə cavab alıb:

“Şəkildə görünənlər 2004-cü il dekabrın 22-də Mars səmasında qəzaya düşmüş Yerə aid kosmik aparatın qalıqlarıdır. Bu haqda qəza zamanı heç bir məlumat verilməyib. Bundan sonra şəkil başqa bir sayta yerləşdirilib”.

Cavabdan qane olmayan araşdırmaçı axtarışlara başlayıb və müəyyən edib ki, yenidən sayta yerləşdirilən bu foto “çox qəribə“ görünür, eləcə də fotonun əslindən tamamilə fərqlənir.

Daha ətraflı videoda.


Müəllif: Alpər Cəbrayıl