14 Avqust 2017 21:11
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli 3 alim Günəş sistemindən 212 işıq ili uzaqlığında Yupiterə bənzəyən planet kəşf etdiklərini açıqlayıblar.

Teleqraf.com TRT-yə istinadən xəbər verir ki, Ege və Ankara Universitetlərinin mütəxəssislərinin 2007-ci ildən üzərində çalışdığı elmi proqram öz nəticəsini verib.

Tarixi kəşfə imza atan üç alimdən biri - professor Məsud Yılmaz yeni kəşfləri barədə bunları deyib:

“Biz - türk alimləri ilk dəfə bir planet kəşf etdik. Bunun qürur və xoşbəxtliyini yaşayırıq. Yeni planet Yupiterdən 1,5 dəfə böyükdür. 10 illik zəhmətimizin qarşılığını da bu cür almış olduq. Yeni kəşf olunan planet haqqında dünyanın ən nüfuzlu elmi astronomiya jurnalı olan “Astronomy&Astrophysics”də bu barədə məqalə dərc etdirdik”, - deyə alim bildirib.

Məlumata görə, planetdə yaşayış mümkün deyil.

Planetə “Türk”, “Türk 1” və ya “Atatürk” adlarının veriləcəyi açıqlanıb.


Müəllif: Teleqraf.com