19 Oktyabr 2017 22:09
2 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölüm ayağında olan "Mama" adlı meymun ona qulluq edən həkim Jan van Hooffu görüncə ona olan sevgisini gizlədə bilməyib.

Teleqraf.com xəbər verir ki, Jan van Hooff 1972-ci ildən 59 yaşlı meymuna qulluq edir.

Hollandiyanın Arnhem şəhərindəki zooparkda saxlanılan meymun artıq bir neçə gündür nə yemək yeyir, nə də ona verilən dərmanları qəbul edə bilmir. Şimpanzenin durumunu öyrənmək üçün zooparka gedən Jan van Hooffun səsini eşidən kimi meymunun sevindiyi hiss olunur.

Teleqraf.com təsirli görüntüləri təqdim edir.


Müəllif: Teleqraf.com