15 May 2018 09:15
3 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ikinci dövlət başçısı İsmət İnönü Çankaya prezident iqamətgahının zirzəmisində laboratoriya quraraq, fizika və kimya təcrübələri aparıb.

Teleqraf.com xəbər verir ki, İnönünün bu təcrübələri dünyada nüvə və atom silahına sahib olmaq uğrunda böyük dövlətlər arasında rəqabət mühitində baş verib.

İsmət İnönü özünün prezidentliyi dövründə hobbi olaraq elmlə, xüsusilə fizika və kimya ilə məşğul olmaqdan zövq alırmış. O, hətta öz dövrünün tanınmış mütəxəssisləri olan professorlar Hayrı Dener və Avni Rafiq Bekmandan dərs də alıb.

Prezidentin bu hobbisi və ya yeni silah yaratmaq istəyi onun oğlu Ərdal İnönüyə yazdığı məktubda da ortaya çıxıb. Prezident oğluna məktubunda bu təcrübələrdən bəhs edib. “Yadıma düşmüşkən soruşum, mənim fizika laboratoriyamdakı alətlər qarşıdakı illərdə sizə lazım olacaqmı?”, - deyə prezident oğluna yazdığı məktubda soruşub.


Müəllif: Cavad